“Huawei” şirkəti 2019-cu ildə 200 milyon smartfon satmaqla rekorda imza atıb

“Huawei Consumer Business Group”un (CBG) verdiyi məlumata əsasən 2019-cu ilin əvvəlindən başlayaraq, 200 milyon smartfon sata bilib.

“Huawei” şirkəti 2019-cu ildə 200 milyon smartfon satmaqla rekorda imza atıb

Bu göstərici isə keçən il eyni göstəricidən 64 gün daha tez əldə edilib. “Huawei”nin qabaqcıl texnologiya və innovativ dizayna davamlı diqqəti, dünya miqyasında istehlakçılara tam bağlılığı və istehlakçıların “Huawei”ə olan dəstəyi sayəsində inam və etimadını artırıb.

Şirkət 2019-cu ildə geniş miqyasda tanınmış ən yaxşı smartfon və eyni zamanda hərtərəfli kateqoriya lideri kimi bir çox mükafatlara layiq görülmüş “HUAWEI P30” Seriyası da daxil olmaqla bir sıra  diqqəti cəlb edən cihazların satışını həyata keçirib.

HUAWEI Consumer Business Group” (CBG) şirkəti “HUAWEI P30 Pro” telefonuna görə 55 nüfuzlu KİV-nin daxil olduğu, istehlak elektronikasına həsr olunmuş audio və videotexnika (EISA) üzrə  jurnalların Avropa assosiasiyasından “2019-2020-cu illərin ən yaxşı “EISA” smartfonu” mükafatını aldı. HUAWEI artıq ikinci ildir ki, ardıcıl olaraq bu kateqoriyada qalib gəlir.

Son günlərdə, “HUAWEI Mate 30” Seriyası tənqidi bəyənmə qazanıb. Kirin 990 5G SoC, SuperSensing Cine Kamera və qabaqcıl “Halo ring” dizaynı ilə dörd kameralı sistemi ilə təchiz olunmuş DxOMark flaqmanlı “HUAWEI Mate 30 Pro, “Android Authority” portalı tərəfindən “orijinal, peşmançılıq hissi yaratmayan flaqman telefon" adlandırarkən, GSMArena isə bu smartfonun “ən yaxşı kameralara sahib telefon” kimi” dəyərləndirməsi bir daha “Huawei”nin bir sənaye lideri kimi nüfuzunu möhkəmləndirdi.

Huawei şirkəti bu önəmlə hadisəni qeyd edərkən “HUAWEI Mate 30 Pro” 5G-nin Xatirə seriyasını (Commemorative Edition) təqdim etdi. 8GB RAM + 512GB yaddaş malik məhdud versiya süni dəri qabda Meşə Yaşılı və Narıncı vasitəsi ilə satışa çıxarılacaq. Çin bazarında 1 Noyabr 2019 tarixindən etibarən Çin vaxtı ilə 10:08-dən başlayaraq Huawei Vmall-da sifariş edilə bilər.

HUAWEI” Consumer Business Group haqqında

HUAWEI” məhsulları və xidmətləri 170-dən çox ölkədə təqdim olunur və planetin üçdə biri tərəfindən istifadə olunur. Şirkət ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çin kimi ölkələrdə 14 elmi-tədqiqat mərkəzi açıb.

HUAWEI Consumer BG” - “HUAWEI” şirkətinin smartfon, noutbuk və planşetlərin, daşınan  elektronikanın, o cümlədən buludlu servislərin hazırlanması və istehsalı ilə məşğul olan üç biznes bölməsindən biridir.

HUAWEI” qlobal şəbəkəsinin üstünlükləri, bütün dünyadakı əməliyyat fəaliyyətinin həcmi və inkişaf etmiş partnyorluq şəbəkəsi onun telekommunikasiya sahəsindəki 32 illik iş təcrübəsi üzərində qurulub.

HUAWEI Consumer BG”nin hədəfi istifadəçiləri ən son texnoloji nailiyyətlərlə təmin etməkdir.