Huawei şirkəti yaxın zamanda Google ilə əməkdaşlığı bərpa edə bilər

ABŞ ilə Çin arasındakı ticarət müharibəsi yavaş-yavaş sonlanmağa doğru gedir və bu öz növbəsində Google ilə Huawei arasındakı əməkdaşlığın bərpa olunmasına yardımçı olacaq.

Huawei şirkəti yaxın zamanda Google ilə əməkdaşlığı bərpa edə bilər
https://peyk.az

Bu cür bəyanatı ABŞ-ın ticarət naziri Wilbur Ross bildirib. Bu barədə Bloomberg saytı xəbər verib. Öz yeni bəyanatında Ross qeyd edib ki, ABŞ şirkətləri yenidən Huawei-yə öz texnologiyalarını təqdim edə biləcəklər. Nazirin sözlərinə əsasən ABŞ hökuməti Huawei ilə əməkdaşlıq icazəsi üçün müxtəlif şirkətlərdən 200-ə yaxın sorğu qəbul edib.

    Bundan əlavə olaraq Donald Trump da yaxın müddətdə ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin sonlanmağını istəyir. Qeyd edək ki, bu ilin may ayında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə etdi və ABŞ şirkətlərinə Huawei ilə əməkdaşlığa qadağa qoydu. Bunun nəticəsində Mate 30 flaqman seriyası da daxil olmaqla Huawei şirkətinin bir sıra smartfonları Google servisləri olmadan satışa çıxdılar. Bununla yanaşı Huawei ilə əməkdaşlığın dayandırılması nəticəsində ABŞ şirkətləri də külli miqdarda vəsait itkiləri ilə qarşılaşdılar.