“Hücumdan o məsuliyyət daşıyır” – İrana çıxış yeri qoyulmadı

“Hücumdan o məsuliyyət daşıyır” – İrana çıxış yeri qoyulmadı
https://www.peyk.az

BMT Baş Assambleyasının sammitində iştirak etmək üçün ABŞ-a səfər edən Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Boris Conson Səudiyyə Ərəbistanının neft müəssisələrinə dron hücumu ilə bağlı birgə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda hücuma görə İranı ittiham edilib.

Səudiyyə Ərəbistanına dəstək nümayiş etdirilən açıqlamada bildirilib ki, İranın bu hücumda məsuliyyət daşıdığı dəqiqləşib:

“Bu hücumda İran məsuliyyət daşıyır, bunun başqa bir izahı yoxdur. Daha çox detalın əldə edilməsi üçün aparılan araşdırmanı dəstəkləyirik”.

Almaniya, Fransa və Britaniyadan əvvəl ABŞ da neft müəssisələrinə olan hücuma görə İranı ittiham etmişdi.