Hulusi Akar Brüsseldə verdiyi - AÇIQLAMA

İdlibdəki son vəziyyəti qiymətləndirən Milli Müdafiə Naziri "Atəşkəsi təmin etmək və davamlı etmək üçün İdlibə əlavə qüvvələr göndəririk.

Hulusi Akar Brüsseldə verdiyi - AÇIQLAMA
https://peyk.az

Bölgəyə nəzarət edəcəyik. Radikallar daxil olmaqla atəşkəs rejiminə əməl etməyənlərə qarşı güc tətbiq ediləcək", - deyə bildirib. SİA-nın məlumatına görə, jurnalistlərin İdlibdəki vəziyyətlə bağlı sualını cavablandıran H.Akar Türkiyənin 4 milyon suriyalının yaşadığı bu bölgədə qarant dövlətlərdən biri olduğunu xatırladıb.

Atəşkəsin təmin olunmasına, miqrasiyanın qarşısının alınmasına və axan qanların durdurulmasına çalışdıqlarını bildirən H.Akar bu günə qədər dörd dəfə atəşkəs elan edilməsinə baxmayaraq, rejimin havadan və qurudan hücumlarını davam etdirdiyini və bu hücumların daha da intensivləşdiyini söyləyib. O, qeyd edib ki, rejimin hücumları eyni zamanda radikallaşmanı gücləndirib və köçü artırıb. Təxminən bir milyon suriyalı evlərindən və yurdlarından qaçaraq sərt qış aylarında çarəsizcə rejim bölgəsinə doğru deyil, özlərini təhlükəsizlikdə hiss etdikləri Türkiyəyə doğru yönəlirlər.

Akar dünyanın bu insanlıq faciəsinə səssiz qalmamalı olduğunu vurğulayıb və Türk Silahlı Qüvvələrinin bölgədəki müşahidə məntəqələri ilə bağlı bunları deyib: "Gücləndirilmiş müşahidə məntəqələrimiz bölgədəki vəziyyətin izlənilməsində mühüm rol oynamağa davam edəcək. İdlibdə mövcudluğumuzu gücləndirməkdə məqsədimiz atəşkəsin davamlı olmasını təmin etməkdir. Bir daha qeyd etmək istəyirəm ki, hər hansı bir ünsürün hücumlarına qarşı lazım olduğu təqdirdə güc tətbiq edilməsi də daxil olmaqla, atəşkəsin qəti şəkildə təmin olunması üçün lazımi tədbirlər görülüb və görülməyə davam edəcək".