Hülya Avşar: "Kıvançdan xoşum gəlir"

Hülya Avşar: "Kıvançdan xoşum gəlir"

Hülya Avşar:

Türkiyəli aktrisa və müğənni Hülya Avşar reklam üzü olduğu firmanın tədbirinə qatılıb.

Peyk.az Axşam.aza istinadən xəbər verir ki, sənətçi daha sonra müxbirlərin suallarını cavablandırıb.

Plastik əməliyyatlardan bəhs edən Avşar təbii görüntününün tərəfdarı olduğunu deyib. O, dijital platformalardan da təklif aldığını, ancaq televiziyaya üstünlük verdiyini söyləyib.

Yeni aktrisa və aktyorlardan da danışan müğənni Kıvanç Tatlıtuğu çox bəyəndiyini bildirib:

"Həm yaraşıqlı, həm bacarıqlı olanların sayı azdır. Məsələn, Kıvanç Tatlıtuğ. Ondan çox xoşum gəlir. Can Yaman isə xarici görünüşü ilə ön plandadır"