Home İdman İbrahimoviçin “Milan” qərarı: İllik 6 milyon avro istədi

İbrahimoviçin “Milan” qərarı: İllik 6 milyon avro istədi

233
0

“Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviçin “Milan”la transfer danışıqları apardığı məlum olub.

 

Peyk.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” isveçli hücumçuya 6 aylıq müqavilə təklif etsə də, İbrahimoviç 18 aylıq müqavilə tələb edib. 37 yaşlı hücumçu “Mialn”dan illik 6 milyon avro istəyib. Xəbərdə hücumçunun qərar vermək üçün 25 noyabra qədər vaxt istədiyi də bildirilir.

 

İbrahimoviç eyni zamanda, Pol Poqbanın “Yuventus”la transfer danışıqlarını yaxından izləyir. Belə ki, isveçli futbolçu Poqbanın “qoca sinyora”ya qayıdacağı halda, özü də Turin təmsilçisi ilə danışıqlara start verəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here