İbrahim Saraçoğlu: Qarpızın tumlarını əzib çay dəmləyin!

Yay mövsümünün ən xoş, dadlı və təravətli giləmeyvələrindən biri qarpızdır. Qarpızı hamımız çox xoşlasaq da, böyük ehtimal süfrələrimizin qırmızı...

İbrahim Saraçoğlu: Qarpızın tumlarını əzib çay dəmləyin!

Yay mövsümünün ən xoş, dadlı və təravətli giləmeyvələrindən biri qarpızdır. Qarpızı hamımız çox xoşlasaq da, böyük ehtimal süfrələrimizin qırmızı bəzəyinə çevrilən bu nemətin insan orqanizminə faydalarından xəbərsizik.

Əksər adam qarpızı adətən yeməkdən sonra qəbul etmək vərdişinə malikdir. Bu da köp və mədə pozğunluğu yaradır. Halbuki, qarpızı ac qarına və tumları ilə birlikdə yemək daha məqsədəuyğundur. Qarpızın çoxlu sayda faydası olduğu bildirilir. Mütəxəssislər qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol-bol qəbul edilməsini təklif edirlər.

Qarpızın qan təzyiqi və ürək funksiyalarının yaxşılaşdırılmasına kömək etdiyini, bundan əlavə xərçəng növlərinə qarşı da qoruyucu bir təsirə malik olduğunu dilə gətirən elm adamları bu məlumatları verirlər:

"Qarpızın bədəni təmizləyici xüsusiyyəti var. Çünki tərkibinin 95 faizi sudur. Bu səbəblə böyrəkləri çox yaxşı işlədir. Sidik qovucudur. Böyrəkdəki daş və duzları təmizləyir. Ayrıca qum tökmə, daş salmada da təsirlidir. Bol B, C vitamini və anti-oksidant ehtiyatı var. Qarpızda olan 'Likopen' maddəsi qan təzyiqini nizamlayır. Tərkində olan yüksək kalium və Beta Karoten maddəsi sayəsində ürəyi infarkta qarşı qoruyucu xüsusiyyəti var. Qarpız tam mənasıyla bir şəfa qaynağıdır".

Artıq çəki problemi olan qadınlara da bol-bol qarpız yemələrini təklif edən mütəxəssislər qarpızın bol miqdarda sudan etibar olması və şəkər saxlamaması, ayrıca bağırsaqlarda sovrulmanı sürətləndirməsi kimi xüsusiyyətləri ilə çəki azaltmanı sürətləndirdiyini ifadə edirlər. Bu səbəblə həm çox kilosu olan, həm də çəki artırmaq istəməyənlərin bol-bol qarpız yeməsi tövsiyə olunur.

Tanınmış türkiyəli həkim İbrahim Saraçoğlu qarpızın faydalarından danışarkən bildirir ki, ona qırmızı rəng verən likopenin tərkibli olması xərçəng riskini azaldır. Qarpız, pis xolesterolun azaldılmasına kömək etməklə ürək sağlamlığı baxımından faydalar verir:

"Likopen sayəsində, prostat xərçəngi riski azalır, ürək xəstəliklərindən qorunma təmin olunur, damar tıxanıqlığının qarşısı alınır. Tərkibindəki L-sitrulin adlı komponent sayəsində qarpız idman və ya uzun müddət ayaq üstə dayanmaqdan yaranan əzələ ağrısında azalma yaradır, damarları rahatlaşdırır. Qarpızın tərkibində olan A vitamini göz sağlamlığını qorumaq üçün zəruri vitaminlərdən biridir. Quru gözlər, gözdə infeksiya və görmə qabiliyyətinin zəiflədilməsi A vitamini əlavələrinə ehtiyac olduğunu göstərir. Katarakt və sarı ləkələr riskini azaltmağa da kömək edir. Tərkibi A, C, B1, B3, B5, B6 ve B92 vitamin və mineralları ilə zəngindir".

Əksər insan qarpızı xoşlasalar da, tumlarını atırlar. Amma nahaq yerə, çünki bu tumların da insanın sağlamlığına çox xeyri var. Əgər biz tumları tamamilə uduruqsa, bunun orqanizmə heç bir xeyri olmur. Onları əzərək çay hazırlayıb içiriksə, onda müsbət nəticəsini görəcəyik. Qarpızın tumunda olan liflər həzm yolunun normal fəaliyyəti üçün əhəmiyyətlidir. Onlar insanı parazitlərdən qoruyur. Orqanizmin bağırsaq qurdlarından təmizlənməsi üçün ilıq süddə həll edilmiş qarpız toxumlarının tozundan istifadə edilir. Bu, bir həftə ərzində səhər və axşam qəbul edilir. Tumlarda olan sitrullin maddəsi antioksidləşdirici təsir göstərərək damarların genişləndirilməsinə və arterial təzyiqi aşağı salmağa kömək edir. Alimlərin məlumatına görə, qarpızın tumları böyrəklər üçün də çox faydalıdır. Təzə qarpız tumlarından hazırlanan çay sidikqovucu təsirə malikdir. Qarpız tumları yaddaşı yaxşılaşdırmağı da bacarır.

Qarpızın qabığı da çox faydalıdır. Əsasən süd artırıcı gücə malik olduğu üçün qarpız qabıqları daha çox süd verən mal-qaraya verilir.

Vaxtı keçmiş və bərkimiş qarpız yemək mədə bağırsaq sisteminin fəaliyyətini pozur, ürək bulanmasına və zəhərlənməyə səbəb olur. Buna görə də qarpız alan zaman diqqətli olmaq lazımdır. Qarpızın insana verdiyi digər zərər onu pendirlə birlikdə yedikdə meydana çıxır. Qarpızla pendirin birlikdə yeyilməsi insanın çəkisini artırmaq qabiliyyətinə malikdir.Peyk.Az Поделиться

Peyk.Az