İcra başçısı onları işdən çıxartdı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavini - Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacı

İcra başçısı onları işdən çıxartdı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavini - Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyevi vəzifədən azad edib. 

"Peyk.AZ" xəbər verir ki, bundan başqa, İnformasiya təminatı və təhlil sektoru müdiri Leyla İsayeva da işdən çıxarılıb. 

İcra başçısının əmri ilə Elşad Ramazanov başçının köməkçisi təyin edilib. Vəzifədən azad edilənlərin yerinə hələ ki, təyinat yoxdur.

Elmar Əli