İdmançılarımız erməniləri finala həsrət qoydu

Gürcüstanda keçirilən “Tbilisi Open” beynəlxalq taekvando turnirində Azərbaycan idmançıları 6 medal qazanıb.

İdmançılarımız erməniləri finala həsrət qoydu
https://peyk.az

Ölkəmizi 7 idmançı ilə Lənkəran Uşaq Gənclər İdman Şahmat Məktəbinin taekvondoçuları təmsil edib.

400-dən artıq idmançının yarışdığı turnirdə müxtəlif çəki dərəcələri üzrə komanda üzvlərimiz - Əli Tağızadə, Davud Babazadə və İbrahim Əlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər taekvandoçularımızdan Əli Hüseynli 2-ci yerə sahib olub, Əli Əliyev ilə Gülağa Məmmədov isə 3-cü yerlə kifayətlənib. Əməkdar məşqçi Vüqar Sultanov deyir ki, yetirmələri etimadları layiqincə doğrulda bilib. Ən qürurverici məqam isə 61 kq çəki dərəcəsində 1-ci yerə çıxan İbrahim Əlizadənin yarımfinal döyüşündə erməni rəqibini böyük fərqlə və vaxtından əvvəl məğlub etməsi olub: “Sevindirici haldır ki, vaxtından əvvəl qalib gəldi. 24:4 hesabı ilə 2-ci raunddan sonra artıq döyüş dayandırıldı və qələbə Əlizadə İbrahimə verildi. Hiss olunurdu ki, erməni idmançı çox aqressiv döyüşür, özünü idmançı kimi aparmırdı, qadağan olunmuş zərbələrdən istifadə edirdi. Bir neçə dəfə hakim ona cərimə xalı verdi. Buna baxmayaraq, İbrahim ona idmançı kimi cavab verdi, təmiz xal üstünlüyü döyüşü vaxtından əvvəl başa çatdırdı”.
“Mənim bütün döyüşlərim rahat keçdi, çünki yaxşı hazırlaşmışdım. Buna görə öz müəllimlərimə çox təşəkkür edirəm. Mənim əsas qürur verən döyüşüm yarımfinalda erməni rəqibimi udmaq idi. Oradan da finalda udaraq 1-ci yerə sahib oldum”.