Rusiyada qəribə hadisə yaşanıb

Rusiyanın paytaxtı Moskvada şəhər sakininin yolun hərəkət zolağında qarət olunma görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Peyk.az xəbər verir ki, insident yanvarın 13-də axşam saatlarında Şərqi Birüleve rayonunda baş verib.

Kadrlarda qara rəngli minik maşınının gümüşü "Toyota"nın qarşısını kəsdiyi, sonra da arxadan gələn daha bir maşının onu vuraraq əhatəyə aldığı və salondan çəkic tapança ilə silahlanan 4 nəfərin düşdüyü görülür. Ardınca "Toyota"ya yaxınlaşan cinayətkarlar avtomobilin şüşəsini sındıraraq arxa oturacaqdan içərisində 6,5 milyon (180.700 Azn) rubl olan çantanı götürdükdən sonra qara maşına minərək hadisə yerindən qaçaraq uzaqlaşıblar.

31 yaşlı zərərçəkənin müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayın polis cinayətkar qrupun üzvlərini Orenburq, Sankt-Peterburq və Moskva ətrafında yaxalayıblar. Lakin onlar saxlanılmadan əvvəl oğurladıqları pulları xərcləyiblər.

Bildirilir ki, şübhəlilərin hamısı Orta Asiya ölkələrindən olan vətəndaşlardır.

Hazırda faktla bağlı təhqiqatlara başlanılıb.