İlkinin bacısının intiharı ilə bağlı - AÇIQLAMA

Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısı Sevinc Qırtımovanın intiharı ilə bağlı cinayət işi başlanılıb.

İlkinin bacısının intiharı ilə bağlı - AÇIQLAMA
https://peyk.az

Peyk.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 8-i gecə saat 02 radələrində baş verib.

1992-ci il təvəllüdlü S.Qırtımova intihar etdiyi Əsəd Əhmədov küçəsində yerləşən binanın 18-ci mərtəbəsində kirayə yaşayırmış. Hadisə yerinə və meyitə baxış keçirilib.

Yasamal Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, onun intihar etməsinin səbəbləri istintaq yolu ilə araşdırılır.