“İlqar Məmmədov şəxsi maraqlarını qabartmaqla, pul hərisi olduğunu nümayiş etdirdi” -Hafiz Hacıyev

“Onun kim olduğunu artıq hamı bildi və özünü niyə belə apardığı hər kəsə aydın oldu”.

“İlqar Məmmədov şəxsi maraqlarını qabartmaqla, pul hərisi olduğunu nümayiş etdirdi” -Hafiz Hacıyev

“Onun kim olduğunu artıq hamı bildi və özünü niyə belə apardığı hər kəsə aydın oldu”.

Bu fikirləri Peyk.az-a açıqlamasında ReAl Partiyasının sədri İlqar Məmmədovun “Yeni Müsavat”ın canlı debatında hakimiyyət nümayəndəsi ilə görüşdə ona bəraət verilməsi məsələsini müzakirə etdikləri haqda fikirlərinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyevin sözlərinə görə, İlqar Məmmədov qeyd olunan görüşdə ölkənin məhkəmə-hüquq sistemindəki problemləri yox, öz məsələsini qaldırmaqla, əslində, şəxsi maraqlarını əsas tutduğunu nümayiş etdirib:

“İzqar Məmmədovu dəyərli insan hesab etmirəm. Onun kimi insanlar həyata çox gəlib, çox gedəcək. İndi açıq göründü ki, o adam pul hərisidir, ancaq öz maraqlarını güdür, bu proseslərdə də məqsədi pul qoparmaq olub.

Biz də Prezident Administirasiyasının yeni yaradılmış şöbəsi ilə intensiv işləyirik, ancaq bu o demək deyil ki, hər şeyi qurban verək. İlqar Məmmədov isə hər şeyini qurban verib. Onun siyasətdə qalması yersizdir. Bu adamın kim olduğunu artıq hamı bildi və özünü niyə belə apardığı hər kəsə aydın oldu.

İlqar Məmmədovun partiyası heç qeydiyyatdan keçməyib, hansı dialoqdan danışır? Dialoqu biz aparırıq. İlqar Məmmədov dövlət başçısına qarşı olan qrup tərəfindən şişirdilir. Onun kimi adamları xalq və zaman tapdalayıb keçir”.

www.peyk.az