İlqar müəllimlə qohum deyilik, maləsəf — İcra başçısının köməkçisindan MARAQLI AÇIQLAMA

"Fevral ayının 25-dən Şirvan şəhər icra hakimiyyətin başçısının köməkçisi təyin olunmuşam. Mən Suraxanıda İlqar müəllimin müavini idim, Şirvanda isə köməkçisiyəm. ; Mən onun nə bacanağı, nə də kürəkəni deyiləm. Başqa bir qohumluq əlaqəmiz də yoxdur".

İlqar müəllimlə qohum deyilik, maləsəf — İcra başçısının köməkçisindan MARAQLI AÇIQLAMA

E.Yolçiyev bildirib ki, təklif İ.Abbasovdan olub və o da bunu qəbul edib: "Biz İlqar müəllimlə 16 ildir icra hakimiyyəti strukturlarında çalışırıq, onun komandasının üzvüyəm. O təklif elədi, mən də o təklifi qəbul etməliydim. Öz ağlımla gəlmişəm bura. Ancaq qohum deyilik, maləsəf".

Qeyd edək ki, xəbəri ilə olaraq unikal.org saytı yayıb. Xəbərdə bildirilir ki, İlqar Abbasovun əmri ilə Yolçiyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib. Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və ; İlqar Abbasov Suraxanı rayon icra Hakimiyyətinin başçısı olarkən müavini olub.

Ölkə.Az