İmişlidə məktəb binası tamamilə yararsız vəziyyətdədir - FOTO

İmişli şəhər A.Eminov adına 7 saylı orta məktəb tamamilə yararsız vəziyyətə düşüb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.  Sözügedən məktəbin 1953-cü ildə tikildiyi, dərs keçmək üçün yararlı olmadığı qeyd edilib.  Məsələ barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İmişli şəhəri...

İmişlidə məktəb binası tamamilə yararsız vəziyyətdədir - FOTO

İmişli şəhər A.Eminov adına 7 saylı orta məktəb tamamilə yararsız vəziyyətə düşüb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Sözügedən məktəbin 1953-cü ildə tikildiyi, dərs keçmək üçün yararlı olmadığı qeyd edilib. 

Məsələ barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İmişli şəhəri 7 saylı tam orta məktəbin əsaslı təmiri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.