Home Mədəniyyət “İmza günündən heç bir şey gözləmirdim və…” – Kamal Abdulla

“İmza günündən heç bir şey gözləmirdim və…” – Kamal Abdulla

438
0

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Unutmağa kimsə yox…” kitabının ikinci nəşrinin imza günü keçirilib.

Peyk.az Teleqraf.com – a istinadən xəbər verir ki, imza günü Park Bulvarda yerləşən “Əli və Nino” kitab mağazasında baş tutub.

Yazıçı ona müəllifi olduğu kitabı təqdim edən hər kəsə avtoqraf verdiyini söyləyib: “Hər kəsin kitablarını imzaladım, hər şey yaxşı idi. Ümid edirəm ki, hər kəs razı qaldı. Mən imza günündən heç bir şey gözləmirdim və hər şey gözləyirdim”.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu təqribən 1 il əvvəl kitabın birinci nəşrinin həyata keçirildiyini xatırladıb: “İlk nəşrdə qalın qapaqlı kitab idi və tez satıldı. İndi isə ikinci nəşri çap etmişik. Düşünürəm ki, bu nəşr əvvəlki nəşrdən daha tez satılıb qurtaracaq. Biz çox nadir halda yerli yazarların kitablarını ikinci dəfə nəşr edirik. Çox sevinirəm ki, “Unutmağa kimsə yox…” kitabı da bu cür kitablardandır.

Kitab nəşriyyatın öz hesabına nəşr olunub. Bu da bizim üçün ənənəvi hal deyil. Yəni, nəşriyyat yazarın kitabını öz hesabına nəşr edir və imza günü təşkil edir. Çox sağ olsun ki, Kamal müəllim də gəlib imza günündə iştirak etdi”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here