Home Xarici İndoneziyada torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

İndoneziyada torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

132
0
ndoneziyada_torpaq_surumsi_7_nfrin_hyatna_son_qoyub
ndoneziyada_torpaq_surumsi_7_nfrin_hyatna_son_qoyub

İndoneziyanın Şimali Sumatra vilayətində torpaq sürüşmələri nəticəsində 7 nəfər həlak olub.

PEYK.AZ-ın xəbərinə görə, bunu ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Agentliyin rəhbəri Riadil Ahir Lubis bildirib.

Onun sözlərinə görə, sürüşmə şənbə günü Cənubi Nias dairəsində 100 metr hürdürlüyü olan təpədə baş verib: “Sürüşməyə səbəb leysan yağışlar olub, torpaq və dağ axını içində 7 nəfər olduğu evin üstünə uçub. 7 nəfərin hamısı ölüb”.

Qeyd olunur ki, digər sakinlər təxliyə olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here