İnsanların koronavirusa inanmamalarının SƏBƏBİ - Psixoterapevtdən

“İnsanlar “virus yoxdu, təhlükəli deyil” deyərək əslində həyəcanlanmaqdan, qorxmaqdan, narahatçılıq və güclü neqativ emosiyalar keçirtməkdən...

İnsanların koronavirusa inanmamalarının SƏBƏBİ - Psixoterapevtdən

“İnsanlar “virus yoxdu, təhlükəli deyil” deyərək əslində həyəcanlanmaqdan, qorxmaqdan, narahatçılıq və güclü neqativ emosiyalar keçirtməkdən özlərini qorumuş olurlar”.

Bunu Peyk.az-a açıqlamasında həkim psixoterapevt Xədicə Həbibullayeva koronavirusa inanmayan insanların nədən bu cür düşünməsinə münasibət bildirərkən deyib.

Psixoterapevt bəzi insanların bu düşüncədən psixoloji müdafiə mexanizmi kimi istifadə etdiklərini bildirib:

“Bəzi insanlar müxtəlif səbəblərdən koronavirus təhlükəli deyil, bəziləri isə hətta belə bir virus olduğuna inanmıram deyir. İnsanların “virus yoxdur, yaxud təhlükəli deyil” düşüncəsinin psixologiyada elmi izahı var.

Dəyərsizləşdirmək, önəmsizləşdirmək psixoloji müdafiə mexanizmlərindən biridir. Yəni bu psixoloji müdafiə mexanizmindən istifadə edərək insanlar “virus yoxdur, təhlükəli deyil” deyərək əslində həyəcanlanmaqdan, qorxmaqdan, narahatçılıq və güclü neqativ emosiyalar keçirməkdən özlərini qorumuş olurlar”.Peyk.Az

Peyk.Az