“Instagram”da yenidən nasazlıq yaranıb

Bir sıra ölkələrdə “Instagram” istifadəçiləri sosial şəbəkənin işində yaranmış nasazlıqlardan şikayət ediblər.

“Instagram”da yenidən nasazlıq yaranıb
https://peyk.az

Peyk.az “Report”a istinadən xəbər verir ki, bu barədə ixtisaslaşmış “Downdetector” portalı bildirib.

Portalın məlumatına əsasən, əksər hallarda “İnstagram”ın işində problemlərlə ABŞ, Böyük Britaniya və Almaniyadan olan istifadəçilər qarşılaşıblar. Onlar xəbər lentinin işində problem haqqında bildiriblər.

Ən çox problemlər xəbər lenti ilə (75%) iş vaxtı, paylaşım zamanı (17 %) yaranıb.