"İnternetdə söyüşə blok qoyulsun" — Çingiz Abdullayevdən TƏKLİF

https://peyk.az
Xalq yazıçısı Çingiz Abdullayev internet resurslarda Azərbaycan dilində olan söyüş, nalayiq ifadələrinə blok qoyulmasını təklif edir.

Bunu "Ölkə. Az"a açıqlamasında  xalq yazıçısı Çingiz Abdullayev deyib.

"Onun sözlərinə görə, başqa dillərdə işlədilən söyüş və nalayiq ifadələrə "Facebook"da və digər internet resurslarında blok qoyulur. "Ola bilsin ki, internet resursları, sosial şəbəkələr Azərbaycan dilində olan söyüş və nalayiq ifadələri tanımadığından blok qoya bilmir. Təklif edirəm ki, Azərbaycan dilində olan söyüş və nalayiq ifadələrə blok qoyulması ilə bağlı işçi qrup yaradılmalıdır.  İşçi qrup internet resurslar və sosial şəbəkələrin sahibləri ilə danışıqlar aparmalıdir ki, Azərbaycan dilində olan söyüş, nalayiq ifadələrə avtomatik blok qoysun. Həmin səpkidə verilən verilişlər qadağa olunsun"- Ç.Abdullayev bildirib.

O əlavə edib ki, biz ancaq bu yolla sosial media və internet resurslarında söyüş, təhqir, böhtan xarakterli verilişlərin qarşısını ala bilərik.