İntim fotoları ilə qadının başına oyun açdı - Şok təfərrüat

Abşeron rayonunda qadını şantaj etməkdə təqsirli bilinən Sahil Mirzəzadənin barəsində cinayət işi başlanıb.

İntim fotoları ilə qadının başına oyun açdı - Şok təfərrüat
https://www.peyk.az

Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxs və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Sahil Mirzəzadə sosial şəbəklərdən birində Ləman Səlimova (ad və soyad şərti verilib - red.) ilə tanış olub. Daha sonra o, qadının intim fotolarını əldə edib.

Bundan sonra Sahil Mirzəzadə fotoların yayılmaması üçün Ləmandan xeyli miqdarda pul tələb edib.

Şantaj olunan qadın hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında keçirilən əməliyyat nəticəsində Sahil Mirzəzadə cinayət başında yaxalanıb.

Onun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 4-nə təyin olunub.