"İran Avropadan ümidini üzməlidir"

https://www.peyk.az

Onlar İslam respublikası üçün gələcəkdə də heç bir şey etməyəcək

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi rəsmi veb səhifəsində Avropa ölkələrinin Birləşmiş Ştatların sanksiyalarına qarşı İrana yardım etmələrinin çətin və Tehranın bu mövzuda “bütün ümidlərindən əl çəkməli” olduğunu bildirib.

"voiceamerica"ya istinadla xəbər verilir ki, Xameneyi əlavə edib ki, söz vermələrinə baxmayaraq, avropalılar praktiki olaraq ABŞ-ın sanksiyalarına riayət etdi və heç bir tədbir görmədi:

"Bu o deməkdir ki, onlar İslam respublikası üçün gələcəkdə də heç bir şey etməyəcək. Buna görə də avropalılara olan bütün ümidlərdən vaz keçmək lazımdır".

 

O qeyd edib ki, Birləşmiş Ştatlar və İslam sisteminə qarşı olan bəzi Avropa ölkələrinə güvənməyə ehtiyac yoxdur, çünki onlar İran xalqına qarşı açıq şəkildə düşmənçilik edirlər. (APA)