İran hücum etsə, zavodlarını məhv edəcəyik - Senator

Əgər İran ABŞ və müttəfiqlərinə hücum etsə, neft emalı zavodlarının məhv edilməsi də daxil olmaqla, ən ağır bədəllər ödəyəcək.

İran hücum etsə, zavodlarını məhv edəcəyik - Senator
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib. Onun sözlərinə görə, İran neft ticarətini davam etdirmək istəyirsə, ABŞ-a və müttəfiqlərinə qarşı hücumlardan, eləcə də dünyada terrorizmin himayədarı olmaqdan əl çəkməlidir:

“İranın təcavüzü davam etdiyi təqdirdə, mən bu ölkənin neftayırma zavodlarından birində işləyən işçilərin yerində olsaydım, özümə başqa iş tapardım”.