İran kəşfiyyatı hərəkətə keçdi: insanlara atəş açılacaqdı...

İranın Kəşfiyyat Nazirliyinin İsfahanda keçirdiyi əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla gətirilən silah-sursat aşkar edilib.

İran kəşfiyyatı hərəkətə keçdi: insanlara atəş açılacaqdı...
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İsfahan şəhərinin prokuroru Əli İsfahani jurnalistlərə açıqlamasında deyib. Prokuror nəzərə çatdırıb ki, qaçaqmalçılıq yolu ilə şəhərə 126 ədəd avtomat gətirilib. Onun sözlərinə görə, bu silahlardan kütləvi etirazlar zamanı istifadə olunmalı idi.

Plana əsasən, etiraz edən kütləyə atəş açılmalı və bir neçə nəfər qətlə yetirilməli idi. Bu ərəfədə isə silahlı insanlar polis və təhlükəsizlik qüvvələri ilə toqquşma yaradıb ölkəni vətəndaş müharibəsinə sürükləməyə çalışacaqdılar.

Ə.İsfahani nəzərə çatdırıb ki, Yaxın Şərqdəki bir sıra dövlətlərdə sabitlik məhz belə planla pozulub. Prokuror odlu silah qaçaqmalçılığı ittihamı ilə 5 nəfərin həbs edildiyini bildirib. İstintaq davam edir.