İran ordusu açıqladı - Təl-Əvivi və daha 34 məntəqəni hədəfə aldıq

“Aralarında İsrailin paytaxtı Təl-Əviv də olmaqla ABŞ-ın bölgədəki həyati əhəmiyyətli 35 məntəqəsi İran ordusunun hədəfindədir”.

İran ordusu açıqladı - Təl-Əvivi və daha 34 məntəqəni hədəfə aldıq
https://peyk.az

Peyk.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Qulam Əbu Həmzə belə açıqlama verib. O bildirib ki, bu hədəflər bir müddət əvvəl müəyyən edilib. Hörmüz boğazından və Oman dənizindən ABŞ-a məxsus hərbi gəmilərin keçdiyinə diqqət çəkən komandan, həmin vasitələrin də hədəfdə olduğuna işarə edib.

Komandanın sözlərinə görə, ABŞ ordusu tərəfindən öldürülən “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin qisası alınacaq.