İran səfirliyində bayraq endirildi

İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

İran səfirliyində bayraq endirildi
https://peyk.az

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qasım Süleymaninin ölümü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib.

Xatırladaq ki, bu gün Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

İranın ali dini lideri ayətullah Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.