İran Türkiyə və Suriyanı təmkinli olmağa çağırıb

İran Suriya dövləti və Türkiyəni İdlibdəki qarşıdurmalarla bağlı təmkinli olmağa çağırıb...

İran Türkiyə və Suriyanı təmkinli olmağa çağırıb
https://peyk.az

İran Suriya dövləti və Türkiyəni İdlibdəki qarşıdurmalarla bağlı təmkinli olmağa çağırıb.

Peyk.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin yardımçısı Həmid-Rza Dehqani deyib.

İran rəsmisi agentliyə verdiyi müsahibədə Türkiyə və Suriyanı təmkinli olmağa çağırıb və bildirib ki, tərəflər vəziyyətin bundan artıq pisləşməsinə icazə verməməlidirlər.

“Biz İdliblə bağlı səyimizi göstəririk ki, vəziyyət bundan artıq pisləşməsin. Biz Suriya və Türkiyədəki dostlarımıza vasitəçiliklə bağlı mövqeyimizi çatdırmışq.”, deyə İran rəsmisi Türkiyə və Suriya arasındakı vəziyyətin bundan artıq pisləşməyəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, son həftədə Suriya və Türkiyə orduları arasında İdlibdə qarşıdurmalar baş verib. Tərəflər bir-birinin mövqelərini hədəfə almağa başlayıblar.