Home Siyasət “İran xalqının yanında durmağa davam edəcəyik” – Ərdoğan

“İran xalqının yanında durmağa davam edəcəyik” – Ərdoğan

181
0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində regionda təhlükəsizlik və sabitliyin təhlükəyə uğradığını vurğulayıb.PEYK.Az xarici mediaya  istinadən xəbər verir ki, o bunu V Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Ankarada keçirilən iclasından sonra İran prezidenti Həsən Ruhani ilə təşkil olunan birgə mətbuat konfransında bildirib.

Türkiyə lideri iki ölkə arasında 2017-ci ildə 11 milyard ABŞ dolları həcmində olan ticarət dövriyyəsinin cari ilin oktyabr ayına 8 milyard dollaradək azaldığını, hədəflərinin də həmin rəqəmi 30 milyarda çatdırmaq olduğunu bildirib.

Tərəflər arasında bölgənin təhlükəsizliyini və sabitliyini təhdid edən amillərin qarşısını almaq üçün ortaq siyasi iradənin olduğunu qeyd edən dövlət başçısı, “İrana qarşı haqsız hesab etdiyimiz təzyiqlərin daha da artdığı bu dövrdə, qardaş İran xalqının yanında durmağa davam edəcəyik” – deyə vurğulayıb.

ABŞ tərəfindən tətbiq edilən birtərəfli embarqolara qarşı qəti mövqeyinə görə, Türkiyəyə təşəkkür edən İran prezidenti Həsən Ruhani ABŞ-ı beynəlxalq hüquq normalarını tapdalamaqda ittiham edib: “Heç bir üçüncü ölkə qonşuluq əlaqələrimizə xələl gətirə bilməz. Astana prosesi çərçivəsində Türkiyə və Rusiya ilə yaxın əməkdaşlığa davam etmək, sonrakı zirvə görüşünü Rusiyada keçirmək barədə razılığa gəlmişik. Suriya bizim üçün çox əhəmiyyətlidir. Bu ölkənin ərazi bütövlüyünü qorumaq məsələsində Türkiyə ilə həmrəyik”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here