"İran yaxın zamanda ABŞ-a cavab verəcək" – Əli Rabii

İran “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-a cavab verəcək.

https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

“ABŞ qırmızı xətti keçdi, İran xalqı yaxın gələcəkdə buna qətiyyətlə cavab verəcək”, – deyə hökumətin Telegram kanalında onun sözlərindən sitat gətirilir.