İrana Qərbdən daha bir zərbə: Ləğv etdilər...

Ukraynaya məxsus təyyarənin vurulmasından sonra İrana Qərb ölkələrindən gələn turistlərin sayında kəskin azalma müşahidə olunur.

İrana Qərbdən daha bir zərbə: Ləğv etdilər...
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İran rəsmilərindən biri İRNA agentliyinə açıqlamasında deyib.

"Növbəti iki ay ərzində ABŞ və Avropa ölkələrindən İrana gəlməsi gözlənilən turistlərin çoxu səfərlərini ləğv edib", - İran rəsmisi bildirib.

O qeyd edib ki, dövlət bu problemi həll etmək üçün özəl sektora yardım etməlidir.

Xatırladaq ki, yanvarın 8-də Tehran-Kiyev reysini həyata keçirən Boinq-737 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

İran Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.