İranda daha bir DƏHŞƏTLİ HADİSƏ - Xeyli sayda ölü və yaralı var

İranda yol-nəqliyyat hadisəsi baş verib.

İranda daha bir DƏHŞƏTLİ HADİSƏ - Xeyli sayda ölü və yaralı var
https://peyk.az

Peyk.az xəbər verir ki, Məşhəddən Bəndər Abbasa doğru yola çıxan sərnişin avtobusu qəzaya uğrayıb.

Nəticədə 7 nəfər həlak olub, 31 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəzanın əlverişsiz hava şəraiti, yolun qarlı və sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Qeyd edək ki, statistikaya əsasən, İranda hər il 140 minə yaxın insan yol-nəqliyyat hadisələrində həlak olur.