İranda koronavirusla bağlı GÖSTƏRİCİLƏR - Yoluxma və ölüm sayı yenidən artdı

İranda koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb.

İranda koronavirusla bağlı GÖSTƏRİCİLƏR - Yoluxma və ölüm sayı yenidən artdı

İranda koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb.

Yenicag.a İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Məlumata görə, ölkədə daha 2 886 nəfərdə koronavirusa yoluxub. Bununla da ümumi yoluxma hallarının sayı 167 156-ya çatıb.

Ölənlərin sayı isə 63 nəfər artaraq 8 134 nəfərə yüksəlib. Daha 2 573 pasiyentin vəziyyətinin ağır olduğu bildirilib.

Bundan başqa, indiyədək 129 741 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, ölkədə may ayının əvvəlində günlük yoluxma halları 800-ün altında, ölüm halları isə 50-nin altında idi.

www.peyk.az