İranda sərnişin təyyarəsi qəzaya uğradı-180 ölü

180 sərnişini olan Ukrayna təyyarəsi İranın Tehran hava limanı yaxınlığında qəzaya uğrayıb. 

Peyk.az-ın məlumatına görə, hava limanının rəhbərliyi qəza xəbərini təsdiqləyib. Bildirilir ki, təyyarə havaya qalxdıqdan bir müddət sonra yerə çırpılıb.
"Reuters" agentliyinin xəbərinə əsasən, "Beoeing-737" təyyarəsi "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsusdur.

İranın Fövqəladə Hallar nazirliyindən bildirilib ki, qəza nəticəsində sağ qalan olmayıb. Qəzaya səbəb isə mühərrikin alışması olub.
İranda sərnişin təyyarəsi qəzaya uğradı-180 ölü (VİDEO)İranda sərnişin təyyarəsi qəzaya uğradı-180 ölü (VİDEO)