İranda şok gəlişmə: “Hökumətin qərarı yanlış idi” - SEPAH-dan etirazlara dəstək

“İranda etirazlara yol açan benzinin bahalaşması qərarı vətəndaşların problemləri nəzərə alınmadan verildi”.

İranda şok gəlişmə: “Hökumətin qərarı yanlış idi” - SEPAH-dan etirazlara dəstək
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı Məhəmməd Əli Cəfəri deyib.

Cəfəri ölkədə etiraz mühiti yaradanların məsuliyyətə cəlb olunmasını tələb edib:

“Rəsmilər xalqı razı salsaydı, bəlkə də bu qərarı dəstəklənəcəkdi. Hökumət xalqın tələb və problemlərinə maraq göstərmir, təzyiq altında olan iqtisadiyyat xalqın tələblərinə uyğun deyil. Xalqın iqtisadi şərtləri nəzərə alınmadan verilən bahalaşma qərarları etirazlara yol açır”.

Noyabrın 15-də İranda benzinin bahalaşmasına etiraz olaraq, kütləvi nümayişlər başlayıb.