İranda təcili vəziyyət elan edildi

İranın paytaxtı Tehranda ölçülən hava çirkliliyinin bütün insanlar üçün riskli olduğu açıqlanıb.

İranda təcili vəziyyət elan edildi
https://peyk.az

Peyk.az xarici mediaya istinadən xəbər verir ki, bu səbəblə Tehranda bu gün orta məktəblər və universitetlərdə dərslər dayandırılıb. Tehranla bərabər 2 əyalət və 3 şəhərdə də 1 günlük tətil elan edilib.

Lazimi müdaxilələr üçün şəhərlərin müxtəlif nöqtələrində təcili yardım maşınlarının gözlədiyi bildirilib. Eyni zamanda şəhərlərdə yük maşınlarının yola çıxması qadağasının davam edəcəyi qeyd edilib və şəhər içi gediş haqqları yarıya endirilib.