İrandan ABŞ bazalarına zərbə – Pentaqondan itkilərlə bağlı yeni açıqlama

İran Silahlı Qüvvələrinin İraqdakı Amerika bazalarını atəşə tutması nəticəsində ABŞ-ın 64 hərbçisi yaralanıb.

İrandan ABŞ bazalarına zərbə – Pentaqondan itkilərlə bağlı yeni açıqlama
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Amerika KİV Pentaqona (ABŞ Müdafiə Nazirliyi) istinadən məlumat yayıb.

Məlumata görə, yaralanan hərbçilərə yüngül baş zədəsi diaqnozu qoyulub. Yaralananlardan cəmi 39 nəfəri xidmətə qayıdıb.

Xəbər verdiyimiz kimi, İran Silahlı Qüvvələrinin (SEPAH) Qüds Briqadasının komandanı Qasım Süleymani yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanına hava zərbəsi nəticəsində ölüb. Pentaqon hadisyə görə məsuliyyəti öz üzərinə götürüb.

Sui-qəsddən beş gün sonra, yanvarın 8-də İran İraqda ABŞ hərbi qüvvələrinin yerləşdiyi iki raket bazasına hücum edib. Pentaqon hücum nəticəsində 30-a yaxın hərbçinin yaralandığını açıqlamışdı.