İrandan daha bir açıqlama: Teraktdır, ABŞ cavab verəcək

İran bölgədə gərginlik yaşanmasının tərəfdarı deyil.

İrandan daha bir açıqlama: Teraktdır, ABŞ cavab verəcək
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Qətərin Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə apardığı danışıqlar zamanı İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib.

Xarici qüvvələrin bölgədəki varlığının qeyri-sabitliyə və təhlükəyə səbəb olduğunu bildirən Zərif bunun gərginliyi artırdığını qeyd edib.

Zərif onu da bildirib ki, ABŞ-ın Qasım Süleymanini öldürməsi terror aktıdır və Vaşinqton bunun nəticələrinə görə məsuliyyət daşıyacaq.