İranın bir şəhərində yüzə yaxın tibb işçisi koronavirusa yoluxdu

İranın Rəzavi Xorasan ostanının inzibati mərkəzi olan Məşhəd şəhərində təxminən yüz tibb işçisi koronavirusa yoluxub. IRNA bu barədə Məşhəd Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Bahreyninin açıqlamasına istinadən xəbər yayıb. “Universitetin xəstəxanalarında çalışan təxminən yüz tibb işçisi koronavirusa yoluxub. Onların bəzisi...

İranın bir şəhərində yüzə yaxın tibb işçisi koronavirusa yoluxdu

İranın Rəzavi Xorasan ostanının inzibati mərkəzi olan Məşhəd şəhərində təxminən yüz tibb işçisi koronavirusa yoluxub.

IRNA bu barədə Məşhəd Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Bahreyninin açıqlamasına istinadən xəbər yayıb.

“Universitetin xəstəxanalarında çalışan təxminən yüz tibb işçisi koronavirusa yoluxub. Onların bəzisi xəstəxanalarda, bir hissəsi isə evlərində müalicə olunur”, - deyə rektor bildirib.