İranlı generalla bağlı ŞOK DETALLAR üzə çıxdı - Əsədin Suriyadan qaçmasına

Suriya münaqişəsi başlayandan bir müddət sonra prezident Bəşər Əsəd postundan istefa verərək, xaricə ölkəyə qaçmaq niyyətində olub. Lakin iranlı general Qasım Süleymani Əsədi fikrindən daşındırıb.

İranlı generalla bağlı ŞOK DETALLAR üzə çıxdı - Əsədin Suriyadan qaçmasına
https://www.peyk.az

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hasan Plarek "Fars” xəbər agentliyinə açıqlamasında belə deyib. O iddia edib ki, Süleymani Suriyadakı vəziyyəti Dəməşqin nəzarətində saxlamaq üçün təkbaşına mübarizə aparıb və məqsədinə çatıb. Plarekin sözlərinə görə, Əsəd Suriyada qalmaqla ölkəni xilas edib.

Qeyd edək ki, Qasım Süleymani ABŞ ordusunun Bağdadda təşkil etdiyi əməliyyat zamanı həlak olub.