İraq polisi aksiya iştirakçılarına atəş açdı-Ölənlər var

İraq polisi aksiya iştirakçılarına atəş açdı-Ölənlər var
https://peyk.az

İraqın Bağdad şəhərində etiraz mitinqləri keçirilir. Sonxeber.az-ın məlumatına əsasən, polis gözyaşardıcı qaz və silahdan atəş açmaqla aksiya iştirakçılarını dağıdıb.
Məlum olub ki, 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Ölkə sakinləri hökumət əleyhinə oktyabrın əvvəlindən etiraz aksiyaları keçirilər. Bu günə qədər 100-dən çox insan ölüb.