“İraq yeni müharibə səhnəsi olmayacaq” - Saleh

“Heç kəs İraqdan digər ölkələrə hücum etmək üçün körpü kimi istifadə edə bilməz”.

“İraq yeni müharibə səhnəsi olmayacaq” - Saleh
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İraq Prezidenti Bərham Saleh Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə görüşündə deyib.

“İraq heç bir qonşu dövlətə hücuma keçmək və ya yeni müharibə üçün platforma olmayacaq. İraq mövcud böhranların öhdəsindən gəlmək üçün səylərin birləşdirilməsini dəstəkləyən, region ölkələri və dünya dövlətləri ilə sabitlik və sülhün bərqərar olması üçün faktor ola bilər”, – deyə Saleh bildirib.

Xatırladaq ki, Bərham Saleh ötən ilin dekabrında istefasını elan edib.