İraqda komendant saatı elan edildi – Silahlı Qüvvələr köməyə çağırıldı

İraqda komendant saatı elan edildi – Silahlı Qüvvələr köməyə çağırıldı
https://www.peyk.az

İraqda baş qaldıran çaxnaşmaların qarşısını almaq üçün paytaxt Bağdadda və ölkənin bəzi bölgələrində komendant saatı elan edilib.

Müdafiə naziri Silahlı Qüvvələri döyüş hazırlığına gətirməyi əmr edib.   

Bu gün İraqın paytaxtında elektrik enerjisi və içməli su təchizatı kimi xidmətlərin aşağı səviyyəsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib.

Bu qəbildən olan kütləvi etiraz aksiyaları Bəsrə, Nəcəf və digər iri şəhərlərdə də təşkil olunub.

Dinc aksiya zamanı təxribatçılar tərəfindən zorakılıq tətbiq edilib. Bağdadda nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı 5 nəfər ölüb, daha 300-ə yaxın insan xəsarət alıb.