İrqçilikdən bəhs edən 3 sənədli film YAYIMLANACAQ - TARİX / VİDEO

ABŞ-ın Minneapolis şəhərində afroamerikalı George Floydun ağ dərili polis tərəfindən öldürülməsindən sonra ölkədə aksiyalar baş qaldırıb.

İrqçilikdən bəhs edən 3 sənədli film YAYIMLANACAQ - TARİX / VİDEO

ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ağ dərili polis tərəfindən öldürülməsindən sonra ölkədə aksiyalar baş qaldırıb.

Peyk.az xəbər verir ki, bu mövzu ilə bağlı bir çox filmlər, seriallar var və çəkilir.

Amerikada təzyiqlərə məruz qalmış bir neçə şəxs barəsində olan sənədli filmləri isə yaxın günlərdə onlayn şəkildə tamaşaçılar izləyə biləcək.

I Am Not Your Negro (Mən sizin zənciniz deyiləm)– adlı sənədli film gey və qaradərili olan 20-ci əsrin böyük yazarlarından hesab olunan Ceym Baldivindən bəhs edir. Amerikada məruz qaldığı təzyiqlərə dözməyərək ölkəsini tərk edən Ceyms barədə film bu bazar günü yayımlanacaq.

Whose Streets (Kimin küçələri ) – Film 2014-cü ildə baş verən Fergusos üsyanından bəhs edir. Amerikanın Missuri ştatında polisin qaradərili Michael Brovnu öldürməsi və Amerikadakı üsyanlar öz əksini tapır. 14 iyun tarixində yayımlanacağı bildirilib.

The Pieces I Am (Mən olduğum parçalar)– 21 iyunda yayımlanacaq bu sənədli filmdə Pulitzer ve Nobel mükafatçısı yazarToni Morrisonun çətin həyatından bəhs edilir.

Qeyd edək ki, bu filmlər ümumilikďə 24 saat ərzində yayımlanacaq.

Rufina Ali

www.peyk.az