İş axtaranlar üçün VACİB XƏBƏR – Yeni iş yerləri təqdim olunur

İş axtaranlar üçün VACİB XƏBƏR – Yeni iş yerləri təqdim olunur
https://www.peyk.az

“İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən proqram və cəlb edilən əməkdaşlarla bağlı bütün məlumatlara çıxış imkanları genişləndirilib.

Artıq hər kəs sayta daxil olaraq proqram çərçivəsində ictimai işlərlə təmin olunan şəxslərin adlı siyahısı ilə tanış ola bilər. Bu addım proqramın icrası zamanı ictimai açıqlıq prinsipinin təmin olunması üçün atılıb.

Məlumat üçün bildirək ki, “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s. daxildir.