İspaniya La Liqasının rəsmi səhifəsi millimizin yeni baş məşqçisini təbrik etdi — FOTO

"Ölkə.Az"-ın məlumatına görə, bu münasibətlə italiya mütəxəssisə təbrik ünvanlanıb.

İspaniya La Liqasının rəsmi səhifəsi millimizin yeni baş məşqçisini təbrik etdi — FOTO

AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi ;Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi ;münasibətilə təbrik edirik. Təbriklər, AFFA".

64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarına başçılıq edib.

Qeyd edək ki, Canni De Byazi dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.