İsrail Fələstin ərazisindəki yəhudilərə 40 milyon ayırır

İordan çayının qərb sahilindəki yəhudi məskənlərinə 40 milyon şekel (11.5 milyon dollar) ayrılacaq.

İsrail Fələstin ərazisindəki yəhudilərə 40 milyon ayırır
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu hökumətin iclasında çıxışı zamanı deyib.

“Terrorizmlə mübarizə ilə bir vaxtda biz İudeya və Samariyada (İordan çayının qərb sahilindəki yəhudi məskənlərinin adları - red) təhlükəsizliyi də artırmalıyıq. Bu təklif nazirlər kabinetinə təqdim olunacaq. Biz terrorizmlə mübarizə aparacağıq. Onlar bizdən qaça bilməz. Bura bizim torpağımızdır”, - Netanyahu bildirib.