İsrail kəşfiyyatı Ərdoğanı hədəfə aldı: “Təcavüzkar...”

İsrail bölgədəki maraqlarına əsas təhdid kimi Türkiyəni görür.

İsrail kəşfiyyatı Ərdoğanı hədəfə aldı: “Təcavüzkar...”
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İsrail hərbi kəşfiyyatının (AMAN) yayımladığı hesabatda bildirilib.

Türkiyənin “təcavüzkar” adlandırıldığı hesabatda Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti hədəfə alınıb. Sənəddə Türkiyə İsrailin maraqlarını təhdid edən ölkələr arasında ilk yerdə qərar tutub.

Hesabatda Türkiyənin terrorizmlə mübarizə və dövlət sərhədlərinin təhlükəsizliyinə yönəlik fəaliyyətləri “təcavüzkarlıq” kimi qiymətləndirilib.

Hər il dövlətin aidiyyəti qurumlarına təqdim olunan hesabatda bu il ərzində İsrail və Türkiyə arasında silahlı qarşıdurma proqnozlaşdırılmayıb.