İstanbul gecə 41 dəfə silkələndi - Sakinlər küçələrdə qaldı - VİDEO

Dünən İstanbulda baş verən güclü zəlzələnin ardınca daha 41 təkan qeydə alınıb.

Ölkə.az-a istinadən bildirir ki, İstanbulda saat 23.20-də  başlayaraq yenidən yeraltı təkanlar olub.

Səhərə qədər ən böyüyü 3.2 bal gücündə 41 zəlzələ baş verib.

Bu barədə məlumatı Kandilli Rəsədxanası yayıb. Sonuncu titrəyiş səhər saat 08:08-də qeydə alınıb.

Zəlzələnin qorxusundan insanlar küçələrə axışıb və evlərinə getməyiblər.