İtaliyada 6 turist öldü - 11-i yaralandı

İtaliyada almaniyalı turistlər qəzaya düşüb.

İtaliyada 6 turist öldü - 11-i yaralandı
https://peyk.az

Peyk.az DPA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 01.15 radələrində İtaliyanın Avstriya ilə sərhədində, Vale-Aurina kommunasında baş verib.

İçkili vəziyyətdə olan Boltsano əyalətinin Kyenes kommunasının 28 yaşlı sakini avtomobili 17 turistin olduğu qrupun üzərinə sürüb. Nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sürücü saxlanılıb.