İtaliyada yay transfer pəncərəsinin vaxtı açıqlandı

İtaliya futbolunda yay transfer pəncərəsi sentyabrın 1-də açılacaq.

İtaliyada yay transfer pəncərəsinin vaxtı açıqlandı

İtaliya futbolunda yay transfer pəncərəsi sentyabrın 1-də açılacaq.

"Report" xəbər verir ki, bu barədə ;yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, mövsümlərarası ;transfer dönəmi oktyabrın 5-dək davam edəcək.

Daha əvvəl ölkədə yay transfer pəncərəsi iyulun 1-də açılıb 2 sentyabr tarixində bağlanırdı.

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.