İvanişvili ilk dəfə danışdı: “Komandam dağılır” – Sensasion açıqlama

“Mən komandanın dağılacağı ilə bağlı bir təhlükə gördüm. Gürcü Arzusu Partiyası, komanda üzvlərindən bəzilərinin getməsi, eləcə də 2020-ci il parlament seçkilərinin proporsional sistemdə keçirilməsi barədə verdiyi vədə əməl etməməsi səbəbindən ziyan gördü”.

İvanişvili ilk dəfə danışdı: “Komandam dağılır” – Sensasion açıqlama
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının lideri, sabiq baş nazir Bidzina İvanişvili deyib.

O, partiyasının son günlərdə Tiflisdə hakimiyyət əleyhinə baş verən etiraz aksiyalarından zərər gördüyünü etiraf edib:

“Komanda zərər gördü, yalnız verdiyi vədini yerinə yetirmədiyi üçün deyil, çox sayda üzvümüzün bizi tərk etdiyi üçün və bu da komandaya bir qədər ziyandır. Vəziyyəti ümumi qiymətləndirsək, dramatik bir şey baş verməyib. Sadəcə olaraq, komanda üzvləri baş verənləri fərqli və emosional olaraq qəbul edir”.

Əlavə edək ki, bu, Tiflisdə hakimiyyət əleyhinə kütləvi nümayişlər başlayandan Bidinza İvanişvilinin verdiyi ilk açıqlamadır.